Türkiyəli məşhur müğənni Mustafa Sandalın Heydər Əliyev Sarayında konserti anşlaqla baş tutub. ANS PRESS-in məlumatına görə, ifaçının pərəstişkarları bütün zalı doldurublar. Konsertin əvvəlində iki mahnı ifa etdikdən sonra qonaqları salamlayıb,Azərbaycanı çox sevdiyini və Bakısda bu qədər pərəstişkarının olmasının ona böyük qüru verdiyini vurğulayıb. Bir-birinin ardıyca sevilən mahnılarını oxuyan Mustafa yeni oranjeman olunan mahnılarına da yer verib.
Bundan əvvl olaraq 19 il il qabaq ilk dəfə Bakıda gəldiyini, konsert verdiyini günü yadına salıb tamaşaçılar ilə zarafatlaşıb. Musti ləqəbi ilə tanınan sənəntçi proqramda övladlarından da danışmadan keçməyib. 5 yaşlı Yaman adlı oğlundan danışan müğənni, onun gimnastika dərslərində bərabər məşq etdiyi və sevdiyi qızın olduğunu deyib.
Konsert proqramında maraqlı məqamlardan biri isə müğənninin Eşim adlı solistinin Azərbaycan dilində xalq artisti Zeynəb Xanlarovanın repertuarından olan “Nazlı yarım” mahnısını ifa edib. Mustafanın daha bir musiqiçisi, Emin Sabitoğlunun sonuncu tələbələrindən olan Hakan Kanon instrumentalında möhtəşəm musiqi ifa edib. Onun bu ifası zalda oturan hər bir tamaşaçı tərəfindən bəyənilib, hətta bəziləri ayaq üstə rəqs ediblər.
Source
http://anspress.com/index.php?a=2&lng=az&nid=263192
Add Comment