Mustafa Sandal Azərbaycanda “Yeni müğənnilərinizi tanımıram”

Bu gün Azərbaycana gələn türkiyəli müğənni Mustafa Sandal aprelin 5-i Heydər Əliyev sarayında verəcəyi konsert öncəsi mətbuat konfransı keçirib.

Lent.az-ın məlumatına görə, tədbirdə media nümayəndələrini salamlayan müğənni sabah çıxış edəcəyi konsertindən danışıb: “İlk əvvəl sizləri salamlayıram. On üç il sonra yenidən Bakıya gəlmək və yenidən Heydər Əliyev Sarayında çıxış etmək çox gözəl hissdir. Azərbaycana tək gəlmişəm. Bildiyiniz kimi, iki övladım var. Sabah on yeddi nəfərlik musiqi heyətimlə sizlərə gözəl bir gecə vəd edirəm. Konsertimdə ən sevilən mahnılarımı səsləndirəcəm. Öz mahnılarımla yanaşı, bəlkə Azərbaycan mahnısı da oxudum. Amma bu, hələ dəqiq deyil. Mən əslində çox kaprizli bir musiqiçi deyiləm. Çünki Azərbaycandan təklif gələndə təşkilatçının önünə elə də şərtlər qoymadım. Sadəcə klassik bir konsert vermək istəyimi dedim. Azərbaycanda isə yeni çıxan müğənnilərin heç birini tanımıram. Yalnız Rəşid Behbudovu bəyənirəm. Onun “Sevgilim” mahnısını çox sevirəm. Bir də Zeynəb Xanlarovanı tanıyıram. Başqa heç bir müğənninizi tanımıram”.

Daha sonra müğənni illərdir formada qalmağından danışıb: “İllərdir formada qalmağımın sirri odur ki, daim idmanla məşğul olmuşam. Bundan əlavə, gərək həyatda hər şeydən qədərində istifadə edəsən. Gərək yeməyi qədərində yeyəsən, yatmağı da normasında yatasan”.

Qeyd edək ki, Mustafa Sandalın “Təsir altında” adlı konsertinə mediaya giriş açıq olacaq.

Source
http://news.lent.az/news/161325

Add Comment

Your email address will not be published. Required fields are marked *