Türkiyəli müğənni Mustafa Sandal dünən Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, “SS production”ın dəvəti ilə şəhərimizə gələn ifaçı media nümayəndələri ilə görüşüb. Sualları cavablandıran M.Sandal 13 ildən sonra yenidən Azərbaycana gəldiyi üçün çox xoşbəxt olduğunu deyib:
“Bakını çox sevirəm. Bura gəlmək dəvəti alanda çox sevindim və düşünmədən qəbul etdim. Heç bir kaprizim yoxdur. Təşkilatçılardan özəl istəklərim də olmadı. Mənimlə birlikdə 17 nəfərdən ibarət musiqiçi heyətimdə gəlib. Gözəl bir konsert keçəcəyinə söz verirəm”.
Müğənni gecədə Azərbaycan mahnısı da səsləndirəcəyini bildirib.
Qeyd edək ki, Mustafa Sandalın konserti bu gün Heydər Əliyev Sarayında baş tutacaq.
Source
http://axsam.az/site/?name=xeber&news_id=12793