Mustafa Sandal Bakıda konsert verdi

Türkiyənin pop ifaçısı Mustafa Sandal Heydər Əliyev adına sarayda “Tesir altında” adlı konsertiyle sevənlərnin görüşünə çıxıb.
Gün.Az xəbər verir ki, konsert “Sa Organization” tərəfindən keçirilib.

Azərbaycana 17 nəfərlik musiqi heyəti ilə gələn müğənni yeni albomumdan olan sevilən mahnılarını konsert ərzində ifa edib. O həmçinin, bundan əlavə olaraq yeni aranjiman olunan mahnılarını da səsləndirib.

Rəngli geyimləri xoşlamayan məşhur konsert ərzində 2 geyimlə ifa edib. Bütün yerlərin tamaşaçı kütləsi ilə dolduğunu görən M.Sandal onları çox sevdiyini və Bakıda olmaqdan məmnun olduğunu deyib. Konsert tamaşaçıların marağını artırıb və onlar bu müddət ərzində öz alqış sədaları ilə müğənniyə olan sevgilərini nümayiş etdiriblər.

Qeyd edək ki, 90-cı illərdə səhnə fəaliyyətinə başlayan M.Sandal Türkiyən ən zəhmətkeş və sevilən sənətçilərindəndir. O, sadəcə musiqi sahəsində deyil, həmçinin, kino, serial, televiziya, reklam sahələrində də özünü sınayıb. Böyük uğurlara imza atan müğənninin bu günədək 13 milyondan çox albomu satılıb.

Source
http://gun.az/latest/101244

TURKEY, RUSSIA
AZERBAIJAN, UKRAINE
Phone: +90 532 139 17 29
Mail: info@sa-organization.com