Mustafa Sandalın konsertində yaşananlar

Heydər Əliyev sarayında Türkiyənin tanınmış müğənnisi Mustafa Sandalın konserti olub.
Lent.az-ın məlumatına görə, “Təsir altında” adlı gecəsində qonaqları salamlayan müğənni ölkəmiz barədə xoş sözləri söyləyib: “Artıq dünəndən Bakıdayam. Şəhərinizin gözəl yerlərini xeyli gəzməyə imkanım oldu. On üç il öncə gəldiyim Bakı ilə indi ki, Bakı arasında xeyli fərq var. Şəhəriniz hədsiz gözəldir. İnsanlarınızda mehriban, qonaqsevərdir. İnandırım sizi ki mən özümü burada qonaq hiss etmirəm. San ki, öz evimdəyəm. Həqiqətən bir millət iki dövlətik. Buna görə də çox sevinirəm”.

O, ən sevilən “İsyankar”, “Demo”, “İndir”, “Onun arabası var” kimi mahnılarını bir-birinin ardına düzdü.

Konsert tamaşaçıların alqışları ilə yekunlaşdı.

Source
http://news.lent.az/news/161431