TÜRK MÜĞƏNNISI BAKIDA ILK KONSERTINI VERƏCƏK

Türk müğənnisi Bakıda ilk konsertini verəcək
Türk müğənnisi Mustafa Sandal Azərbaycanda ilk konsertinə hazırlaşır.
Bakupost.az-ın məlumatına görə, “Təsir altında” adlı musiqi axşamı aprelin 5-də Heydər Əliyev sarayında keçiriləcək. Konsert M.Sandal “Təsir altında” adlı son albomundan olan mahnıları ilə yanaşı klassik repertuarına da müraciət edəcək. Konsertə biletlərin qiyməti 27-230 AZN arasındadır.
M.Sandalın albomları 17 mln-dan artıq nüsxə ilə satılıb. O, Avropada “All My Life”, “Moonlight” və “İsyankar” mahnısından sonra populyarlıq qazanıb.
Made on
Tilda